...

Azərbaycanda "İnam"ın strukturundakı quyunun layihə dərinliyinin yarısından çoxu qazılıb

Energetika Materials 25 Yanvar 2008 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir S.Əliyev / Azərbaycanın Dövlət Neft Şirkəti hazırda Xəzərin Azərbaycan sektorunda "İnam"ın perspektiv strukturundakı kəşfiyyat quyusunun dərinliyinin, təxminən, 2585 metr olduğunu bildirib. Şirkətdən bildirilib ki, 2540 metr dərinliyndə 18 düymlük yan boruları suya salınıb və onun sementləmə işləri görülüb.

Əvvəlcə "BP Azerbaijan" şirkəti ("İnam" layihəsinin operatoru) texniki səbəblərdən birinci gövdənin qazıntısını dayandıraraq, yenisini qazmağa başlayıb. Ekspertlərin rəyinə görə, gələcəkdə quyunun qazılması normal şəraitdə keçəcək.

Noyabrın ortalarında aparılan birinci quyunun qazma işlərində qazma podratçısı 500 metr dərinliyndə yan boruların suya salınmasında texniki çətinliklə üzləşib.

"Quyu 1000 metr qazılıb, lakin 500 metr dərinliyndə boru dərinliyə getməyib", - "BP Azerbaijan"-dan bildiriblər. "BP Azerbaijan"ın nümayəndəsinin sözlərinə görə, işlərin texniki təhlükəsizliyi üçün, "İstiqlal" qazma qurğusu əvvəlcə təyin edilmiş yeni nöqtəyə keçirilərək, qazıntıya başlayıb. Qrafikə əsasən, qazıntı işləri 200 gün aparılacaq.

"İnam" layihəsinin iştirakçıları ARDNŞ (50 faiz), "BP" (25 faiz, layihənin operatoru), Koreya Milli Neft Korporasiyası (20 faiz) və "Şhell" (5 faiz) şirkətidir.

Xəbər lenti

Xəbər lenti