...

Azərbaycanda EİTİ iştirakçılarının siyahısı genişlənir

Energetika Materials 25 Yanvar 2008 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar/ Trend müxbir İ.Xəlilova/ Qızıl hasilatı ilə məşğul olan şirkətlərin Azərbaycanın Mədən Sənayesində Şəffalıq Təşəbbüsünün (EİTİ) tətbiqi ilə əlaqədar Memoranduma qoşulma prosesləri Azərbaycan qızıl yataqlarında qızıl hasilatına başlandıqdan sonra başlayacaq. Bu barədə cümə günü EİTİ üzrə milli komissiyanın rəhbəri, ölkənin Dövlət Neft Fonundun icraçı direktoru Şahmar Mövsümov məlumat verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesablamalarına görə, Azərbaycanda Amerikanın R.V. Investment şirkəti ilə PSA tipli müqavilə çərçivəsində, qızıl hasilatı üçüncü rübdə başlayacaq.

"EITI təkcə neft və qaz sektorlarında deyil, bütün hasilat sahələrində, o cümlədən qızıl hasilatı sənayesinə də yayılır. Biz daim bu prosesi izləyirik. Ekologiya Nazirliyi milli komissiyanın tərkibinə daxildir və ona EİTİ üzrə hesabatların hazırlanması zamanı daimi olaraq, dövlət tərəfindən gəlirlərin alınması istiqamətlərinin təsdiq edilməsi üçün müvafiq sorğu göndərilir", - Mövsümov bildirib.

Bu gün 25 neft-qaz şirkəti Memoranduma qoşulub.

R.V. Investment-in qiymətləndirilməsinə görə, Gədəbəy yatağında ən azı beş il müddətində illik qızıl hasilatı, bir unsiyasına görə, 55 -70 min (bu gün London qiymətli daşlar bazarında qızılın dəyəri 921,25 doll./tr. unsiya) səviyyəsində müəyyən edilib. Kapital qoyuluşları $25 mln.-u ötəcək. İstehsal xərcləri bir unsiyaya görə $275 səviyyəsindən aşağı gözlənilir.

Bununla yanaşı, şirkət Azərbaycanın digər yataqları - Ordubad və Qoşa Bulaq üzrə potensial imkanların araşdırılmasını davam etdirir.

R.V.Investment şirkəti Azərbaycan hökuməti ilə 1997-ci ilin avqustunda Azərbaycanın cənub-qərbində altı yatağın - Gədəbəy, Ordubad, Qoşa Bulaq, Qızıl Bulaq, Vejnəli və Söyüdlü yataqlarının işlənilməsi üzrə müqavilə imzalayıb. Müqavilədə 49% pay iştirakı RV Investment Services Grour LLC-yə, 51% isə, Ekologiya Nazirliyinin simasında, Azərbaycan hökumətinə təqdim edilir.

Xəbər lenti

Xəbər lenti