Azərbaycan, Bakı, 07 fevral/ Trend / Yanvarda "Heydər Əliyev adına" neft emalı zavodunda (keçmiş "Azneftyanacaq") 9,49 min ton butan-butilen qarşığı istehsal edilib. Ötən ilin yanvarında bu rəqəm 12,37 min ton olub. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat veriblər.
Bu il istehsalın həcmi proqnozdan 5,71 min ton azdır.
2007-ci ildə ümumilikdə 145 min ton butan-butilen qarşığı istehsal edilib. 2006-cı ildə butan-butilen qarışığının həcmi 148,222 min ton təşkil edib. 2005-ci ildə bu rəqəm 129,62 min tona bərabər olub.
2007 və 2006-cı illərdə olduğu kimi, 2008-ci ilin yanvarında da bu müəssisədə propan-propilen qarışığı istehsal edilməyib. 2005-ci ildə 3,02 min ton propan-propilen istehsal edilib.