...

Gürcüstanın energetika naziri Bakıda təbii qaz alınması məsələsini müzakirə edir

Energetika Materials 13 Fevral 2008 15:17 (UTC +04:00)
Gürcüstanın energetika naziri Bakıda təbii qaz alınması məsələsini müzakirə edir

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir S.Ağayeva/ Bakıda çərşənbə günü, Azərbaycandan Gürcüstana elektrik enerjisi və qaz tədarükü ilə bağlı danışıqlar başlayıb. Danışıqların aparılması üçün Gürcüstanın energetika naziri Aleksandr Xetaquri ölkəmizə gəlib. Gürcüstanın Bakıdakı səfirliyindən çərşənbə günü verilən məlumata görə, o, artıq Sənaye və Energetika Nazirliyində görüşlər keçirib.

Bu gün gürcüstanlı nazirin Azərbaycan Dövlət Neft Şirkətnin (ARDNŞ) rəhbəri Rövnəq Abdullayevlə görüşü planlaşdırılır.

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bazar ertəsi bildirib ki, Gürcüstanın ildə 1-1,5 mlrd. kub metr qaza olan tələbatına baxmayaraq, Azərbaycan bu ölkəyə ildə 500 mln. kub metr qaz tədarük edə bilər. Əliyevin bildirdiyinə görə, Gürcüstan Azərbaycan qazını min kub metrini 180-190 dollara almağa hazırdır. Ötən il qazın min kub metri 120 dollara tədarük olunub.

Azərbaycan Gürcüstana qaz tədarükünü müqavilə imzalandıqdan sonra bərpa edəcək. Qaz təldarükü ARDNŞ ilə müqavilə üzrə həyata keçiriləcək.

ARDNŞ ona məxsus olan yataqlardan hasil etdiyi şəxsi qaza malikdir. 2007-ci ilin sonuna qədər Azərbaycan Gürcüstana sutkada təxminən 1,3-1,5 mln. kub metr qaz tədarük edib. Tədarük olunan qaz ARDNŞ-ın şəxsi yataqlarından hasil edilib. Bu qaz "Azəriqaz" Səhmdar Cəmiyyətinin qaz nəqliyyat xətti ilə Gürcüstanla sərhədə qədər nəql olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti