...

Azərbaycan Gürcüstana qaz tədarükünü bərpa edib

Energetika Materials 18 Fevral 2008 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral/ " , müxbir S.Əliyev/ "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan qazının Gürcüstana tədarükünü bərpa edib. Bu barədə bazar ertəsi hökumətdən məlumat veriblər. İndiyədək təqribən 8 mln. kubmetr qaz tədarük edilib. Hökumətdən həftə sonunadək tədarükün başa çatacağını bildiriblər.

Ötən il Gürcüstana 60 mln. kubmetr qaz tədarükü ilə bağlı müqavilə bağlanıb. Bu həcm tamamilə ödənlilib (1 min kubmetrə görə $120). Lakin 10 mln. kubmetr tədarük edilməmiş qalıb. Ötən il Azərbaycan Gürcüstana gündə təqribən 1,3 mln. kubmetr qaz tədarük edib.

Hazırda Gürcüstana qaz tədarükü üzrə yeni saziş müzakirə edilir. Lakin bu il müqavilə "Azəriqaz"la deyil, qazın istehsalçısı (qazı öz yataqlarından hasil edir) olan Azərbaycan Dövlət Neft Şirkəti ilə bağlanacaq.

Azərbaycandan Gürcüstana qaz tədarükü və onun dəyəri haqqında razılıq martın sonunadək əldə ediləcək. Azərbaycan nümayəndələrinin bir müddət əvvəl bildirdiklərinə görə, respublika Gürcüstana onun qaz tələbatının ildə 1-1,5 mlrd. kubmetr olmasına baxmayaraq, il ərzində 500 mln. kubmetr qaz verə bilər. Gürcüstan Azərbaycanın öz qazını, 1000 kubmetrini $180-$190 qiymətinə almağa hazırdır.

Xəbər lenti

Xəbər lenti