...

ARDNŞ qurudakı prespektivli quyularda axtarış qazma işlərini başa çatdırır

Energetika Materials 1 Mart 2008 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir S.Əliyev/ Azərbaycan Neft Şirkətinin prespektivli "Türkan" yatağındakı kəşfiyyat quyusunda qazma işləri davam etdirilir. Götürülmüş süxur nümunələrində təbii qazın əlamətləri müşahidə olunur. Bu haqda ARDNŞ-nin məlumatında bildirilir.

Neft quyusu "Qala lay dəsti"ndə qazılır. Quyunun layihə dərinliyi 3800 metrdir. Hazırda quyunun qazma dərinliyi 3640 metrə çatıb. Qazma "Abşeron" qazma işləri idarəsi tərəfindən aparılır.

Neft şirkəti "Türkan" yatağında yeni iki kəşfiyyat quyusunun qazılması imkanlarını araşdırır. Keçən əsrin ortalarında bu yataqda artıq iki məhsuldar quyu qazılıb. Yeni kəşfiyyat quyularının qazılması bu ilə nəzərdə tutulub. Artıq hazırlıq işləri başlayıb. Bir quyunun dərinliyi 3800 metr, o birisi isə, 4000 metr olacaq. Ehtiyatların qiymətləndirilməsi işlər başa çatandan sonra keçiriləcək.

Xəbər lenti

Xəbər lenti