Gürcüstan, Tbilisi, 10 mart / Trend , müxbir N.Kirtsxaliya / Gürcüstanın Neft və Qaz Korporasiyasının törəmə şirkətləri - "İoriya vadisi - neft və qaz" və "Gürcüstanın qaz nəqliyyatı şirkəti"nə yeni rəhbərlər təyin edilib.
GNQK - nın məlumatında deyilir ki, "İoriya vadisi - neft və qaz" şirkətinə Beka Odişariya, Gürcüstanın qaz nəqliyyatı şirkəti"nə Qriqol Natroşvili başçılıq edəcək.
"Gürcüstanın qaz nəqliyyatı şirkəti" 1999 - cu il dekabrın 30 - da təsis edilib. O, yüksək təzyiqli qaz xətlərinin istismarı və xidmətilə məşğul olur və Gürcüstan ərazilərinə qaz nəqlini təmin edir.
"İoriya vadisi - neft və qaz" MMC isə dövlət mülkiyyətində olan lisenziyalı blokların əməliyyatını aparır.