Azərbaycan, Bakı, 11 mart/ Trend / Azərbaycan Dövlət Neft Şirkətinin istismar quyuları fondu (birgə müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) martın 1-nə olan məlumata görə, 6133 ədəd (fevralın 1-də 6145) təşkil edib ki, bu 2007-ci il martın 1-ə olan məlumata bərabərdir. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.
Quyularln ümumi sayından 4867 (ötən ilin martın 1-də 4851) ədəd fəaliyyətdə olan, 1255 (ötən ilin yekununa görə, 1272) fəaliyyətsiz fonddadır, 10 quyu isə (ötən ilin yekunlarına görə 11) mənimsənilir.