...

Naxçıvan MR elektrik enerjisi ixrac edən regiona çevrilir

Energetika Materials 13 Mart 2008 17:48 (UTC +04:00)

Azərbaycan,Naxçıvan / Trend , müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasında ümumi gücü 87 Mqvatt olan Naxçıvan Modul Elektrik Stasiyası, ümumi gücü 50 Mqvatt olan Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası və Heydər Əliyev adına Su Anbarı üzərində ümumi gücü 4,5 Mqvatt olan su - elektrik stansiyasının istifadəyə verilməsi Muxtar Respublikanın eletrik enerjisi ilə təchizatında idxaldan asılılığını aradan qaldırıb.

1972-ci ildə istismar olunan 22 MVT güclü Araz Su- Elektrik Stansiyası nəzərə alınmaqla, istehsal gücü 163,5 Mqvatt olan elektrik stansiyalarında hazırda tələbata uyğun olaraq, 45-55 Mqvatt gücündə elektrik enerjisi istehsal olunur.

Bu il Muxtar Respublikanın yay, yaz, payız aylarında elektrik enerjisinə tələbatı 40-50 Mqvatt, qış aylarında isə 50-55 Mqvatt olub.

Bu da Naxçıvan MR-dən İran və Türkiyəyə 30-40 Mqvatt elektrik enerjisi ixrac etməyə imkan yaradır.

Elektirk enerjisinin ötürülməsinin səmərəliliyini artırmaq, şəbəkənin etibarlılığını yüksəltmək məqsədilə Naxçıvan Modul Elektrik Stasiyası ilə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası arasında dəyəri 2,1 milyon manat təşkil edən, 24 kilometr məsafədə 110 kilovoltluq elektrik verilişi xəttinin çəkilişi davam etdirilir. Bu işin martın 20-nə kimi yekunlaşdırılması nəzərdə tutulub.

Bundan başqa, Ordubadda Gilançay üzərində ümumi gücü 21 Mqvatt olan su- elektrik stansiyasının tikintisi nəzərdə tutulub. Azərbaycan və İran İslam Respublikası hökümətləri arasında 21 avqust 2007-ci il tarixdə imzalanmış protokola əsasən, Araz çayının suyundan səmərəli istifadə etmək məqsədilə, Ordubadda 36 Mqvatt gücündə su- elektrik stansiyası tikiləcək. Gələcəkdə Araz çayı üzərində Culfa rayonu ərazisində gücü 12-14 Mqvatt olan daha bir kanal tipli su- elektrik stansiyasının tikintisi planlaşdırılır.

Bütün bunlar 2010-cu ildə Muxtar Respublikanın bütün tələbatının su- elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi hesabına ödənilməsinə imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti