...

Qazaxıstanda LUKOYL Overseas-ın rəhbəri İskəndər Nasırov olub

Energetika Materials 26 Mart 2008 17:21 (UTC +04:00)

Qazaxıstan, Astana, 26 mart/ Trend müxbir K.Konırova/ Qazaxıstanda LUKOYL Overseas-ın regional direktoru İskəndər Nasırov olub. Bu barədə Trend -ın Astanadakı xüsusi müxbiri məlumat verib.

Nasırov 1971-ci ildə Sterlitamakda (Başkiriya MSSR) anadan olub. 1993-cü ildə "Neft və qaz yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə Ufimsk Neft İnstitutunu , 2004-cü ildə "Menecment" ixtisası üzrə Tümen Dövlət Neftqaz Universitetini (Koqalımdakı filial) bitirib.

1990-cı ildən Povxovsk Qazma İşləri İdarəsində (Koqalım, XMMR) qazmaçı köməkçisi, 1991-ci ildən quyuların yeraltı təmiri operatoru, neft və qaz hasilatı üzrə operator, mühəndis-texnoloq, sex rəisi, xidmət rəisi, "Vatyeqanneft" NQÇİ-də (Koqalım) rəis müavini, 2001-ci ildən "Koqalımneftqaz" MMC "LUKOYL-Qərbi Sibir" müəssisəsində baş mühəndisin müavini, 2002-ci ildən "LUKOYL Overseas"-ın hasilat texnologiyalarının tədqiqi İdarəsinin rəisi, 2004-cü ildən "LUKOYL Overseas"-ın Bakıdakı (Azərbaycan) nümayəndəliyinin baş direktoru. Son vaxtlar ConocoPhillips (Hyuston, ABŞ) şirkətinin baş ofisində təcrübə keçib.

Hazırki vaxtadək layihələr və aktivlər üzrə "LUKOYL Overseas"-ın direktoru işləyib.

Xəbər lenti

Xəbər lenti