...

Dövlət Neft Şirkəti dəniz yatağında yeni kəşfiyyat quyusunun qazılmasına başlayıb

Energetika Materials 30 Mart 2008 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend / Azərbaycanın Dövlət Neft Şirkəti "Qərbi Abşeron" yatağının cənub hissəsində yeni kəşfiyyat quyusunun qazılmasına başlayıb. Bu barədə bazar günü Dövlət Neft Şirkətindən məlumat verilib. Quyunun layihə dərinliyi 800 metrdir. Bir qədər əvvəl daha bir quyunun qazma işləri başa çatıb. Qazma "Abşeron" buruğunda həyata keçirilir.

Neft Şirkəti yatağın bu hissəsinin inkişaf proqramını həyata keçirmək niyyətindədir. Üç qazılmış və konservləşdirilmiş qaz quyularının qoşulması üçün birinci platforma qurulacaq. Bu quyuların təxmini debiti gündə 250 min kub.metri təşkil edəcək. Bu hasilatın yeni üsullarına (qazlifti üsuluna) eləcə də, qazın məişət ehtiyacları üçün paylanmasına imkan yaradacaq.

Bu yataqda ehtiyatların qiymətləndirilməsi göstərir ki, orada neft ekvivalentilə 10 mln.tondan artıq neft var. Ehtiyatların qiymətləndirilməsi kəşfiyyat qazmasından sonra keçirilib.

Xəbər lenti

Xəbər lenti