...

Azərbaycan prezidenti Beyləqan rayonunda qaz verilməsinin bərpa edilmə mərasimində iştirak edib

Energetika Materials 18 Aprel 2008 15:13 (UTC +04:00)

Azərbaycan, Beyləqan, 18 aprel/ Trend , müxbir A.İsmayılova/ 20 illik fasilədən sonra, cümə günü Azərbaycanın Beyləqan rayonuna qaz verilməsi bərpa edilib.

Rayonun 500 abunəçisinə qazın verilməsi mərasimi Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub.

Növbəti mərhələdə rayonun daha 500 abunəçisinə qaz verilməsi planlaşdırılır. Azərbaycan prezidentinin bildirdiyinə görə, ölkə ərazisinin 80 faizi qazlaşdırılıb və bu göstəricinin artırılması üçün imkanlar var.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti