...

ARDNŞ-in Qazma İşləri İdarəsi 13 dəniz istismar quyusu qazacaq

Energetika Materials 18 Aprel 2008 21:09 (UTC +04:00)

Azərbaycan, Bakı,18 aprel / Trend , müxbir E.İsmayılov/ Azərbaycan Dövlət Neft Şirkətinin "Bayıl limanı" Qazma İşləri Dəniz İdarəsi cari ildə 19 istismar neft-qaz quyusunun qazılmasını nəzərdə tutur. Onlardan 13 -nün il ərzndə istismara veriləcəyi planlaşdırılır. Bu barədə cümə günü idarənin baş mühəndisi Orxan Səlimxanov məlumat verib.

19 quyudan doqquzu "Günəşli" yatağının, altı quyu "Neft Daşları" yatağının, qalan dördü isə "Ələt Dəniz" yatağının payına düşür.

Hazırda "Bayıl limanı" İdarəsi tərəfindən bu platformalarda işlər aparılır: "Ələt Dəniz-23" layihə dərinliyi 3870 m (3335 m qazılıb), " Günəşli-8" layihə dərinliyi 2850 m (2500 m qazılıb), "Günəşli-14" layihə dərinliyi 3750 m (1100 m qazılıb), "Günəşli -15" layihə dərinliyi 3950 m (1800 m qazılıb), "Neft Daşları -1887" layihə dərinliyi 2870 m ( 1900 m qazılıb).

"Bütün quyular istismar quyularıdır", - deyə Səlimxanov bildirib.

"Günəşli -19" platformasında hazırda montaj-quraşdırma işləri gedir. Bir ay ərzində isə platformada yeni quyunun qazılması yönündə işlər başlayacaq. Qazma idarəsində cari ildə 36 min metrin qazılacağı planlaşdırılır. "Hazırda isə 14 min m. qazılıb", - deyə Səlimxanov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: capital

Xəbər lenti

Xəbər lenti