...

Bakıda Beynəlxalq neft-qaz sərgisinin keçirilmə tarixi müəyyən edilib

Energetika Materials 21 Aprel 2008 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel/ Trend / İyunun 3-6-da Bakıda 15-ci "Xəzər Neft, Qaz və Neft emalı" Beynəxalq yubiley sərgisi keçiriləcək. Sərgi çərçivəsində "Avropanın enerji təminatında Xəzərin neft-qaz ehtiyatlarının rolu" konfransı keçiriləcək. Sərginin təşkilatçıları ITE Group PLC şirkəti, Azərbaycanın sənaye-ticarət palatası və Iteca Caspian LLC şirkətidir. Bu barədə "Iteca Caspian"-nın bazar ertəsi yayılan məlumatında deyilir.

Sərgi və konfransın iştirakçılarının siyahısında, o cümlədən bu tədbirin sponsorları sırasında dünya neft və enerji sektorunun RWE AG, Shell, Statoil Hydro, IBAR, Cooper Cameron Petroleum, Total, BP, Salans, OMV, Nobel Oil və digərləri kimi aparıcı şirkətləri var.

Sərgidə dünyanın 300-dan çox ölkəsindən təqribən 400 şirkət iştirak edəcək. AR Sənaye və Energetika Nazirliyi və Azərbaycanın Dövlət Neft Şirkəti sərgiyə rəsmi dəstək göstərirlər. Sərgidə kommersiya şirkətləri ilə yanaşı Böyük Britaniya, Almaniya, Çin və Rusiyanın Milli Stendləri təqdim ediləcək. Yaponiyanın Neft, Qaz və Metal Korporasiyası (JOGMEC), Gürcüstan Neft-Qaz Korporasiyası (GOGC), həmçinin Azərbaycanın dövlət strukturları da ayrı-ayrı stendlərlə çıxış edəcəklər.

Sərginin ikinci günündə ənənəvi konfrans öz işinə başlayacaq. Konfransda 600-dən çox nümayəndə iştirak edəcək. 50-dən çox aparıcı sahə mütəxəssisi, o cümlədən Azərbaycan, Rusiya, Gürcüstan, İran, Türkiyə, Belarus, İsrail, Qazaxıstan, Türkmənistan, İtaliya və digər ölkələrin neft və enerji sahəsini əhatə edən dövlət qurumlarının rəhbərləri məruzələrlə çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti