...

Gürcüstan Türkiyəyə elektrik enerjisi ixracına başlayıb

Energetika Materials 29 Aprel 2008 18:16 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 aprel / Trend , müxbir N.Kirtsxalia/ Gürcüstan əvvəllər əldə olunan barter barədə razılaşmaya müvafiq olaraq, Türkiyəyə elektrik enerjisi ixracına başlayıb. Gürcüstanın Elektroenergetika Sistemi Kommersiya Operatorundan (ESKO) verilən məlumata görə, Türkiyəyə elektrik enerjisi ixracı sutkada təxminən 2,5 mln. kVt/saat təşkil edir.

Gürcüstan qışda Türkiyədən Acariyaya tədarük olunan elektrik enerjisini qaytarır. Borc ödənildikdən sonra Gürcüstan elektrik enerjisinin artığını bu ölkəyə satmağa başlaya bilər.

Gürcüstan əvvəllər borcunu qaytarmaq üçün Rusiyaya da elektrik enerjisi tədarükünə başlayıb. ESKO-nun məlumatlarına görə, Rusiyaya ixrac həcmi sutkada 5 mln. kVt/saatı üstələyir.

Sutkalıq elektrik enerjisi hasilatı üzrə göstərici 27,539 mln. kVt/saat (o cümlədən Mnquri HES 11,8 mln. kVt/saat elektrik enerjisi hasil olunur), tələbat göstərici isə 19,91 mln. kVt/saat təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti