Ukrayna, Kiyev, 13 may / Trend , müxbir Z.Novosvitski/ Azərbaycan Dövlət Neft Şirəkti (ARDNŞ) vitse-prezidentinin müavini Vitali Bəylərbəyovla Kiyevdə Trend ın xüsusi müxbirinin eksklüziv müsahibəsi
- Ötən həftə Ukrayna-Azərbaycan işçi qrupunun iclası zamanı bəyan edilib ki, Ukraynanın iki NEZ-i - Droqobıçski və Nadvirnyanski 3 mln. tonluq Azərbaycan neftini yükləməyə hazırdır. Konkret müddət və tədarük həcminə dair məsələ hazırda hansı mərhələdədir?
- Bu görüşdə yuxarıda göstərilən iki NEZ-ə tədarük məsəlsi müzakirə olunmayıb. Belə razılaşmalar hələ əldə olunmayıb. Müzakirələr gündəmdədir, lakin onların tamamlanmasına çox var. Hansısa konkret müddət, müqavilə və s. barədə darışmaq hələ çox tezdir.
- Ötən həftə Ukrayna Prezidenti Katibliyinin sədri Sokolovski bəyan edib ki, Azərbaycan bu NEZ-də pay imkanlarına dair danışıqlar aparır. Deyə bilərsinizmi, belə danışıqlar aparılırmı və hansı paydan söhbət gedir?
- Ukrayna Prezidenti Katibliyi sədrinin dediklərinə şərh verə bilmərəm. Biz kommersiya layihələrimizi və onlar üzrə aparılan danışıqları müzakirə etmirik. Yalnız onu deyə bilərəm ki, Ukraynanın bizim maraqlarımıza potensial olaraq cavab verən müxtəlif NEZ-i ilə bağlı marketinq araşdırmaları aparırırıq. Bu qədər.
- Ukrayna prezidenti Viktor Yuşşenkonun Baltik-Qara dəniz-Xəzər enerji tranzit əməkdaşlığının yaradılması barədə açıqlanan təşəbbüsünü necə qiymətləndirirsiniz?
- Şəffaf, fasiləsiz tranzit prinsipinin yaradılmasına yönəldilmiş istənilən təşəbbüs dəstəklənməlidir. Bu kimi təşəbbüslər bizim tərəfimizdən birmənalı qaydada alqışlanır. Təşəbbüs real məzmunla dolu olmalıdır. Həmişə olduğu kimi, bu artıq həm dövlətlər və bu sistem üzrə resursları tədarük və ya əldə edə bilən şirkətlər səviyyəsində ekspertlərin, mütəxəssislərin işidir. Sözsüz ki, təşəbbüsü biz dəstəkləyirik.
- Bu həftə Azərbaycanda Ukraynanın Yanacaq və Energetika Nazirliyinin nümayəndə heyəti Ukrayna-Azərbaycan işçi qrupu çərçivəçində iş aparacaq. Hansı məsələlər müzakirə olunacaq?
- Bu Ukrayna nümayəndə heyətidir, buna görə mən onların hansı məsələləri müzakirə edəcəkləri barədə heç nə deyə bilmərəm. Düşünürəm ki, səfər birmənalı qaydada bizim hasilat və nəqliyyat sahələrində imkanlarımızla tanışlığı özündə əks etdirəcək. Bizim imkanlar həqiqətən genişdir və mən düşünürəm ki, onlar Ukrayna tərəfi üçün maraqlı olacaq. Güman edirəm ki, Ukrayna tərəfi bizim ilkin cavab almaq üçün Xəzər-Qara dəniz-Baltik tranzit dəhlizinin yaradılması üzrə təşəbbüslərimizi müzakirə edəcək.
- Cari ilin əvvəlində Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycan tərəfindən Ukraynada müasir neft emalı zavodunun tikintisi barədə planlardan danışmışdı. Bu ideya konkret reallaşdırma mərhələsinə keçdimi?
- Ukrayna perspektivli, sürətlə artan bazardır. Bu bazar həm neftə, həm də onun emal məhsullarına ehtiyac duyur. Bu baxımdan, adı çəkilən ideya, hələ ki, bizim nöqteyi nəzərimizdən yalnız ideya olaraq qalır və birmənalı qaydada həyata vəsiqə qazana bilər. Digər kommersiya və ya biznes perspektivləri kimi, bu təkliflər bizim tərəfimizdən nəzərdən keçiriləcək.
Siz məndən Ukraynaya bunun lazım olduğunu soruşursunuzsa, neft şirkətinin bir eksperti kimi, şəxsi rəyimə görə, bu lazımdır. Ukyaynada ən yüksək Avropa standartlarına malik olan və AVRO- 4, AVRO-5 adlandırılan yeni NEZ yaradılmalıdır. Məndə olan məlumata görə, Ukranyada belə NEZ-lər yoxdur. Bunu ona görə etmək lazımdır ki, Ukraynanın Avropa iqtisadi məkanına yolu birmənalı qaydada bu tipli məhsulların istehsalından da keçir.
- Odessa-Brodı neft-kəməri mövzusu. Artıq çoxdandır fikirlər səsləndirilir ki, o məhz Azərbaycan nefti ilə doldurulmalıdır ...
- Biz "Sarmatia" Beynəlxalq neft boru kəməri müəssisəsi çərçivəsində belə nəqletmənin və belə doldurulmanın kommersiya səmərəliliyinin öyrənilməsi üzərində işləyirik. Ortadakı nəticələri biz sammitə qədər, 2008-ci ilin noyabrınadək gözləyirik. Neftin vurulmasına dair bizim qərarımız bu işlərdən və istehlakçılar, birinci növbədə, Ukrayna, Polşa, Çexiya, Almaniyanın müxtəlif NEZ ilə aparılan danışıqlardan asılıdır. Sözsüz ki, həm maraq, həm də tədarük olacaq.
- Ötən il artıq Azərbaycan neftinin Ukraynaya tədarükü həyata keçirilib. Bu il də bu planlaşdırılırmı?
- Bzi şəxsi neft satışımızı, ixrac limanlarından açıq müsabiqə əsasında həyata keçiririk. Ukrayna müəssisələri bu nefti aldıqları zaman, bu nefti öz NEZ-nə tədarük edirlər. Bu həmişə olub və gələcəkdə də ola bilər. Bizim yüksək keyfiyyətli neftinmiz onlar üçün maraqlı olarsa, bu gələcəkdə baş tutacaq.
Eyni şey Avropa istehlakçılarına da aiddir. Onlar da bizim nefti alır və onu öz zavodlarında emal edirlər. Çexiyanın Kralupax zavodunda emalın 22 faizini Xəzər regionundan, konkret olaraq Azərbaycan nefti təşkil edir. Daha doğrusu, maraq və bizim neftin daxil olacağı zavodun kofiqurasiyasının texniki parametrləri üzrə düzgün yanaşma varsa və bizim nefti almaqda maraqlıdırsa, b udavam edəcək. Tədarük bu formada həyata keçirilir. Bunun gələcəkdə də belə olub-olmayacağı isə, alıcıların marağından asılıdır. Çünki bizim neftimiz, yəni məhsulumuz açıq bazarda satılır.
- Bu il Azərbaycan neftinin Ukraynaya konkret tədarükü barədə hansısa razılaşma varmı?
- Razılaşma müvafiq NEZ və ya treyderin ixrac limanında neft almaq istədiyi an baş tuta bilər. Bizdə satış daimi əsaslarla həyta keçirilir. Bu gün Ukrayna ilə Azərbaycan arasında hansısa hökumətlərarası saziş və ya uzunmüddətli tədarükə dair digər müqavilə yoxdur.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]