...

Kiyevdə Beynəlxalq Energetika Forumu öz işinə başlayıb

Energetika Materials 22 May 2008 16:53 (UTC +04:00)
Kiyevdə Beynəlxalq Energetika Forumu öz işinə başlayıb

Ukrayna, Kiyev, 22 may / " müxbir Z.Novosvitski/ Kiyevdə "Enerji təhlükəsizliyi məsələləri üzrə sammit" çərçivəsində keçirilən Beynəlxalq Energetika Forumu öz işinə başlayıb.

Forumun açılışında Ukrayna prezidenti Viktor Yuşşenko iki gün ərzində enerji resursları ilə təminat sahəsində üç məsələnin nəzərdən keçiriləcəyini qeyd edib.

O bildirib ki, Avropa İttifaqı istiqamətində Odessa-Brodı neft kəmərinin tikintisinin davam etdirilməsi üzrə texniki iqtisadi əsaslandırma baxışa təqdim olunacaq.

Digər məsələ Ukraynanın öz ərazisində başqa dövlətlərə, energetika sahəsi üzrə işləmək imkanının təqdim edilməsi olacaq. Yuşşenko vurğulayıb ki, Azərbaycan və Qazaxıstana həm mövcud gücdən istifadə, həm də yenisinin yaradılması ilə, Ukraynada neft emalı layihələrinin işlənməsi imkanlarının yaradılması məsələsi müzakirə olunacaq. Ukraynanın qaz anbarlarından istifadə məsələsinə də baxılacaq.

Sammitdə Balto-Xəzər-Qara dəniz energetika təşkilatının yaradılması layihəsi də müzakirə olunacaq.

Ukrayna prezidentinin sözlərinə görə, sammitdə 34 dövlətin yüksək səviyyəli rəhbərləri və 100-dən çox beynəlxalq energetika şirkətinin nümayəndələri iştirak edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı : trend

Xəbər lenti

Xəbər lenti