...

Azərbaycanda koks istehsalı səkkiz dəfədən çox artıb

Energetika Materials 6 İyun 2008 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun / Trend / Cari ilin yanvar-may aylarında "Heydər Əliyev adına" (keçmiş "Azneftyanacaq") Bakı Neft Emalı zavodunda ötən ilin analoji dövrünün 7,1 min tonuna nisbətdə 57,3 min ton neft koksu (8,1dəfədən çox) istehsal olunub. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

Ötən il neft koksu istehsalının ümumi həcmi 85 min ton, 2006-cı ildə 67,24 min ton təşkil edib. 2005-ci ildə isə məhsul istehsal olunmayıb.

Azərbaycanın istehsal etdiyi neft koksunun əsas istehlakçısı Rusiyanın alüminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti