...

ARDNŞ dəniz yatağında yeni neft kəməri istismara verib

Energetika Materials 4 İyul 2008 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Neftqaz Tikinti" Tresti "Neft Daşları"ərazisində hasil edilən yataqları magistral boru kəməri ilə birləşdirən yeni neft kəmərini istismara verib, - ARDNŞ-ın cümə axşamı yaydığı məlumatda deyilir. Tikinti "Azneft" istehsalat birliyinin sifarişinə əsasən həyata keçirilir.

Yeni boru kəmərinin tikintisi hasil edilən neftin həcminin artması və hazırda istifadə edilən altıdüyümlük boru kəmərinin kifayət etməməsi ilə bağlıdır. Yeni 10 düyümlük boru kəmərinin uzunluğu 700 m-dir.

Dübəndi tikinti ərazisində qaynaq edilmiş borular Xəzər Dənizi Neft Donanmasının gəmiləri vasitəsilə dənizin dibinə qoyulub.

İlk yarımildə "Neftqaz Tikinti" Tresti "Neft Daşları" və "Yanar Dağ" yataqlarında cəmi beş yeni boru kəmərini istismara verib. Yeni platformalarda istismara verilən yeni quyular bu boru kəmərlərinə qoşulacaq.

ARDNŞ-ın geoloqlarının qiymətləndirmələrinə görə, "Neft Daşları" yatağında neft həcminin qalığı 30 mil. ton təşkil edir. ARDNŞ yataqda heft hasilatının artırılması məqsədilə 2010-cu ilədək 78 yeni quyu qazacaq və yeni platformalar tikəcək.

Son illər "Neft Daşları" yatağında iki platforma istismara verilib. Onlardan biri beş blokdan ibarət olan 1887 №-li platforma 36, ikincisi 2387 №-li platforma isə 12 quyuya hesablanıb. Bu platformalardan intensiv qazma işlərinə başlanılıb və artıq 11 yeni quyu istismara verilib.

Xəbər lenti

Xəbər lenti