...

2008-ci ildə Amerika neftinin orta qiyməti bir barel üçün 127 dollar təşkil edəcək - ABŞ-ın proqnozu

Energetika Materials 9 İyul 2008 21:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir A.Bədəlova/ ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) proqnozlarına görə, 2008-ci ildə Amerikanın WTI növlü neftinin orta qiyməti 2007-ci ilin 72 dollarına nisbətdə bir barel üçün 127 dollar təşkil edəcək.

EIA-nın proqnozlarına görə, 2009-cu ildə WTI-nin orta qiyməti bir barel üçün 133 dollar təşkil edəcək.

EIA-dan çərşənbə günü Trend a verilən məlumata görə, dünya üzrə neft tədarüklərində qeyri-müəyyənlik, həmçinin Çində, Yaxın Şərq və Latın Amerikasında tələbatın əhəmiyyətli dərəcədə artaması neft bazarına təsir göstərməkdə davam edəcək.

EIA-nın proqnozlarına görə, 2008-ci ildə dünyanın neftə olan tələbatı sutkada 86.4 mln. barel, 2009-cu ildə isə 87.76 mln. barel təşkil edəcək.

EIA hesab edir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olmayan ölkələrdə neftə olan tələbat Çin, Hindistan və Yaxın Şərqin sayəsində 2008-ci ildə sutkada 1,34 mln. barel artraq 37.94 mln. barrelə çatacaq.

İƏİT ölkələrində neftə olan tələbat 2008-ci ildə sutkada 48 min barel azalaraq 48.46 mln. barelə çatacaq və 2009-cu ildə cüzi dərəcədə artaraq sutkada 48.52 mln. barel təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti