...

2009 -cu ildə dünyada neftə tələbat az artacaq - OPEK

Energetika Materials 16 İyul 2008 17:18 (UTC +04:00)
2009 -cu ildə dünyada neftə tələbat  az artacaq - OPEK

Azərbaycan, Bakı, 16 iyul/ Trend , müxbir A.Bədəlova/ 2009-cu ildə dünayda sutkalıq neftə tələbat 2008 -ci ildə sutkada 86,8 mln. barelə qarşı 87,71 mln. barel təşkil edəcək. Bu barədə OPEK-in neft bazarı üzrə aylıq məruzəsində bildirilir. Məruzə kartelin rəsmi saytında yerləşdirilib.

2009 - cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olmayan ölkələrdə neftə tələbatın artımı sutkada 1,2 mln. barel təşkil edəcək. 2009-cu ildə keçmiş Sovet İttifaqı ölkələrində neftə tələbat sutkada 4,12 mln. barel təşkil edəcək.

OPEK-in proqnozlarına əsasən, 2009-cu ildə İƏİT ölkələrində neftə tələbat sutkada 0,3 mln. barel azalaraq, sutkada 48,54 mln. barel təşkil edəcək. Növbəti ildə Şimali Amerikada neftə tələbat sutkada 25 mln. barel təşkil edəcək.

OPEK-in proqnozlarına görə, 2009-cu ildə OPEK-ə daxil olmayan ölkələrin neft tədarükü 0,9 mln. barel - sutkada - 51 mln. barelədək artacaq. Növbəti ildə tədarükün artması, əsasən, Braziliya, ABŞ, Rusiya, Azərbaycan, Qazaxıstan, Kanada və Avstraliya kimi ölkələrin hesabına müşahidə olunacaq.

İƏİT ölkələri 2009-cu ildə sutkada 19,88 mln. barel neft hasil edəcəklər ki, bu da 2008-ci ildə sutkalıq hasilatdan 0,01 faiz azdır. 2009-cu ildə keçmiş Sovet İttifaqı ölkələrinin neft tədarükü həcmi sutkada 13,28 mln. barel olacaq ki, bu da 2008 -ci ildə sutkalıq hasilat həcmindən 0,43 mln. barel çoxdur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti