...

Dubayın İPİC şirkəti Özbəkistanda neft emalı ilə məşğul olacaq

Energetika Materials 30 İyul 2008 19:27 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 30 iyul/ Trend , müxbir T.Jukov/ Özbəkistanın Milli Holdinq Şirkətinin (MHŞ) rəhbərliyi BƏƏ - dən olan Beynəlxalq Neft İnvestisiya Şirkətinin (İPİC) nümayəndə heyəti ilə danışıqlar aparıb. Bu barədə Trend -ın Daşkənddəki xüsusi müxbiri məlumat verib.

İPİC-in biznesin inkişafı, həmçinin, layihələrin qiymətləndirilməsi və reallaşdırılması üzrə mütəxəssisləri Holdinqin rəhbərliyi ilə görüşərək, Özbəkistan ərazisində geoloji kəşfiyyat işlərinin aparılması üzrə investisiya layihələrində iştirak etməkdə maraqlı olduqlarını bildiriblər. Bu barədə Trend -a "Özbəkneftqaz" MHŞ-nin mətbuat xidmətindən məlumat veriblər. Hər iki tərəf yeni texnologiyaların tətbiqi ilə neft hasilatının intensivləşdirilməsi üzrə əməkdaşlıq perspektivlərini öyrənməyi planlaşdırırlar.

İPİC-in nümayəndələri neft emalı zavodlarında məhsul istehsalını artırmağa imkan verəcək yeni qurğuların tikintisində iştirak etməyə hazır olduqlarını bildiriblər. Özbəkistanın neft-qaz holdinqindən bildiriblər ki, Kooperasiyanın əsas fazalarını əməkdaşlıq üçün hüquqi əsas yaradacaq birgə sənədlərdə göstərmək qərara alınıb.

"Özbəkneftqaz" MHŞ - dən bildiriblər ki, İPİC neft emalı sahəsində iri layihədə iştirak etmək niyyətindədir. Layihələşdirilən Üstyurt DKK-nin bazasında sintetik yanacaq istehsalının təşkili üzrə layihənin hesablama dəyəri təqribən $1,1 mlrd. təşkil edir. Layihə ildə 3,4 mlrd. kubmetr qazın emalı və 1,7 mln. ton maye yanacağın istehsalını nəzərdə tutur. Layihəni 2009-2012 - ci illərdə reallaşdırmaq nəzərdə tutulur.

Martda Özbəkistan prezidenti İslam Kərimovun BƏƏ-yə rəsmi səfəri çərçivəsində, International Petroleum Investment Co. və "Özbəkneftqaz" MHŞ neft-qaz sahəsində əməkdaşlıq memorandumu imzalayıblar. Memorandum iki şirkətin əsas əməkdaşlıq istiqamətləri qismində aşağıdakıları müəyyən edib: Özbəkistan ərazisində geoloji - kəşfiyyat işlərinin aparılması, perspektivli sahələrin aşkar edilməsi və sonradan sintetik maye yanacaq (GTL) və neft-kimya məhsulu istehsal etməklə birgə mənimsənilməsi.

"Özbəkneftqaz" MHŞ - dən bildiriblər ki, memorandum hər rübdə hər iki tərəfə hesabat təqdim edəcək işçi qrupunun yaradılmasını nəzərdə tutur. İlk hesabat memorandum imzalandığı gündən beş ay ötdükdən sonra təqdim edilməlidir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti