...

Norveç "Statoil"ı İranda layihələrə sərmayə yatırmağı dayandırıb

Energetika Materials 1 Avqust 2008 17:08 (UTC +04:00)
Norveç "Statoil"ı İranda layihələrə sərmayə yatırmağı dayandırıb

Azərbaycan, Bakı, 01 avqust / Trend / ABŞ -ın İrana münasibətdə tətbiq etdiyi sanksiyalar ilə əlaqədar Norveçin "Statoil"ı şirkəti də bu ölkənin neft sənayesinə sərmayə yatırmağı dayandırıb. Bu barədə cümə günü "Finencial Times" qəzeti yazır.

Qəzetin yazdığına görə, "Statoil" - ABŞ -ın təzyiqi iləİrana sərmayə yatırmağı dayandıran sonuncu iri Qərb şirkətidir.

Qəzet yazır ki, "Statoil" rəhbəri Helqe Lund bildirib ki, şirkət İranın Cənub Pars qaz yataqlarının 6 - 8 ci fazalarındakı fəaliyyətini də azaldacaq. Onun sözlərinə görə, şirkət gələn il bu fazalar istismara verildikdən sonra, oranın idarə edilməsini İran Milli Neft Şirkətinin öhdəliyinə verəcək.

"Statoil" şirkətinin səhmlərindən 62,9 faizi Norveçə məxsudur. Şirkət son illərdə İranda öz fəaliyyətini genişləndirmişdi.

Əvvəllər bu səbəblərdən Fransanın "Total" şirkəti də İranda fəaliyyətini dayandırmışdı.

Xəbər lenti

Xəbər lenti