...

Yanvar-iyulda Azərbaycanda dövlətə təbii qazın təhvili 19,2% artıb

Energetika Materials 4 Avqust 2008 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 avqust/ Trend /Yanvar-iyulda Azərbaycanda dövlətə təxminən 6,2 milyard kub metr təbii qaz təhvil verilib. Bu göstərici ötən ilin analoji dövründə 5,2 milyard kub metr olub, - ARDNŞ-nin məlumatında deyilir.

Dövlətə təhvil verilmiş ümumi qazın həcmindən 3,93 milyard kubmetr Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) payına, qalan 2,23 milyard kubmetr "Azəri", "Çıraq", "Günəşli"və "Şahdəniz"yataqlarının payına düşüb.

İyulda dövlətə 911,5 milyon kubmetr təbii qaz təhvil verilib Qazın 570 milyon kubmetrdən çoxunu ARDNŞ təhvil verib, 341 milyon kubmetr "Azəri", "Çıraq", "Günəşli"və "Şahdəniz"yataqlarından alınıb.

Xəbər lenti

Xəbər lenti