...

Gürcü - osetin münaqişəsi Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı müəssisələrinin iş rejiminə təsir etməyib

Energetika Materials 12 Avqust 2008 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust/ Trend / Gürcüstandakı hadiəslər Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) bu ölkədəki müəssisələrinin iş rejiminə ciddi təsir göstərməyib, -ARDNŞ -nin çərşənbə axşamı yayılan məlumatında bildirilir. Hazırda bütün müəssisələrdə iş normal rejimdə həyata keçirilir.

Dövlət Neft Şirkətinin rəhbərliyi yalnız ARDNŞ əməkdaşklarının Gürcüstanda yaşayan ailələrinin təhlükəsizliyini təmin etmək üçün, onların evakuasiyası üzrə tədbirlər görüb.

Məlumatda bildirilir ki, bir neçə gün əvvəl baş vermiş yanğınla əlaqədar dayandırılmış Bakı -Tbilisi-Ceyhan boru kəmərində təmir işləri başa çatanadək, Azərbaycan nefti dünya bazarlarına alternativ yollarla ixrac ediləcək.

Bakı-Novorossiyk boru kəmərində də iş normal rejimdə həyata keçirilir. Hazırda Azərbaycan nefti yalnız bu marşrutla deyil, dəmir yolu ilə də ixrac edilir.

ARDNŞ-nin beynəlxalq bazarlarda realizə etdiyi neft məhsulları dəmir yolu ilə ARDNŞ-yə məxsus Kulevi (Gürcüstan) Qara dəniz terminalına daxil olur. Gürcüstanda yaşanan münaqişəyə baxmayaraq, çərşənbə axşamı Kulevidən növbəti tanker göndərilib. Azərbaycandan neft dəmir yolu ilə Gürcüstanın Batumi limanına da göndərilir.

Xəbər lenti

Xəbər lenti