...

"Rompetrol" Konstansada neft terminalının tikintisi üzrə layihəni payızda başa çatdıracaq

Energetika Materials 3 Sentyabr 2008 12:51 (UTC +04:00)

Qazaxıstan, Astana, 03 sentyabr / Trend , müxbir K.Konırova/ Qazaxıstan yaxın vaxtlarda Qara dənizdə neft biznesinin iri oyunçularından birinə çevrilə bilər. Bu barədə "Rompetrol" konserninin baş meneceri Dinu Patriçiu Rumıniyada "KazMunayqaz Ticarət Evi" SC-nin təşkil etdiyi press-tur zamanı Qazaxıstan jurnalistlərinin suallarına cavab verərkən bildirib.

"Şirkət noyabrın sonlarında Qara dəniz Konstansa limanında şəxsi neft terminalının tikintisi üzrə layihəni başa çatdırmaq niyyətindədir. Bu, Qazaxıstan şirkəti qarşısında yeni imkanlar açacaq", - deyə Dinu Patriçiu bildirib.

Şirkət hazırda Qara dənizin Konstansa limanı yaxınlığında uzunluğu 8,6 km, neft ötürmə gücü ilkin mərhələdə təqribən 8 mln. ton, sonrakı mərhələlərdə isə ildə 24 mln. tonadək artırılması nəzərdə tutulan neft terminalının tikintisini həyata keçirir. Yalnız dəniz hissəsinin dəyəri 56 mln. avro təşkil edir.

vroşlom premğer- ministr bratskoy nam Moldovı - neralğnoqo direktora meöhiesə neznaçitelğnı. ka na odnom kone, kotorıy silen "Qara dənizdə şəxsi neft terminalının olması "KazMunayqaz"ı bu dənizdə müstəqil oyunçuya çevirəcək", - deyə mətbuat konfransında iştirak edən "Rompetrol" konserninin baş diorektor müavini İon Sturza bildirib.

Onun sözlərinə görə, yeni neft terminalı 30 min ton tutumlu kiçik gəmiləri qəbul edə bilər və Bosforadək gedə bilən 150-160 min ton tutumlu gəmilərə neft yükləmə iqtidarındadır. Bundan əlavə, bu terminalda aşırma-yükləmə sürəti bir saat ərzində orta hesabla 7 min ton təşkil edir.

"Yəni 80-minlik yükü, orta hesabla 10 saata boşaltmaq olar. Nəzəri cəhətdən burada ildə 160 min ton tutumlu 100 gəmi xidmət göstərə bilər", - deyə Sturza bildirib.

Konstansadakı terminal ildə 300 gün işləmək iqtidarındadır.

"Bu terminal Qara dəniz üzrə tədarük olunan böyük neft həcmlərinin aşırılması və saxlanılması üzrə iri qovşağa çevrilə bilər. Bu o deməkdir ki, "KazMunayqaz" təkcə belə xidmətləri həyata keçirmək deyil, həmçinin onların qiymətlərini nizamlaya bilər", - deyə baş direktorun müavini Sturza bildrib.

Şirkət mütəxəssislərinin hesablamalarına görə, Konstansadakı bu neft terminalından digər Avropa ölkələrinə neft nəqli, Balkanlarda nəzərdə tutulan Burqas- Aleksandropulos neft kəməri üzrə nəqldən çox ucuz olacaq.

Dinu Patriçiu hesab edir ki, Konstansadakı bu yeni terminal Avropa ilə Asiya arasında yeni enerji körpüsünün tikilməsində mühüm bənd ola bilər. Bura həmçinin Qazaxıstanın mülkiyyəti olan Batumi neft terminalı, Konstansa-Triest yeni neft kəməri daxil olmalıdır.

Onun fikrincə, bu, Qazaxıstan neftinin Avropaya tədarükü üzrə iqtisadi cəhətdən daha çox məqsədəuyğundur.

"KazMunayqaz" şirkəti ötən ilin yayında Rumıniyanın "Rompetrol" şirkəti səhmlərinin 75 faizini əldə edib. Nəticədə, Qazaxıstan Şərqi Avropada iki NEZ, həmçinin Gürcüstandan Fransayadək yeddi ölkədə 630 yanacaq doldurma məntəqəsinə dərhal çıxış imkanı qazanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti