...

Türkiyə - Yunanıstan – İtaliya qaz kəməri layihəsi Nabukkodan əvvəl realizə edilə bilər – ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi

Energetika Materials 9 Sentyabr 2008 19:17 (UTC +04:00)
Türkiyə - Yunanıstan – İtaliya qaz kəməri layihəsi Nabukkodan əvvəl realizə edilə bilər – ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi

Azərbaycan, Bakı, 09 sentyabr/ Trend , müxbir A.Bədəlova/ ABŞ -ın Azərbaycan və Türkmənistanla münasibətləri yaxşı səviyyədədir, - ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Boyden Qrey çərşənbə axşamı Bakıda bildirib.

Qreyin bildirdiyinə görə, onun Aşqabada səfəri zamanı enerji tədarükü baxımından boruların təhlükəsizliy məsələləri müzakirə edilsə də, heç bir qərar qəbul edilməyib.

Dövlət Departamenti nümayəndəsinin Azərbaycana səfərinin əsas məqsədi enerji təhlükəsizliyi məsələsidir.

Xəzər qazının Avropaya nəqli marşrutlarından biri olan Nabukko qaz kəmərindən danışan Qrey bildirib ki, qaz kəməri diqqət mərkəzində olsa da, Türkiyə - Yunanıstan - İtaliya layihəsinin Nabukkodan əvvəl reallaşdırılması mümkündür.

Xüsusi nümayəndənin sözlərinə görə, ABŞ enerji tədarükünün diversifikasiyasına tərəfdardır və "Cənub Axını" layihəsini belə üsullardan biri kimi nəzərdən keçirir.

"Lakin Cənub Axını layihəsi çox bahalıdır", - Qrey bildirib.

"Cənub Axını" qaz kəməri 2013 - cü ildən Qara dəniz hövzəsi ilə Rusiyadan Balkanlar və digər Avropa ölkələrinə təbii qaz tranziti və tədarükü üçün nəzərdə tutulub. Layihənin təşəbbüskarları Rusiyanın qaz inhisarçısı "Qazprom" və İtaliyanın Eni şirkətidir. Layihənin dəyəri təxminən $20 milyarddır.

Qreyin bildirdiyinə görə, yaxın vaxtlarda Ankaraya səfər edəcək və burada boru kəmərləri vasitəsilə tranzit məsələlərini müzakirə edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti