...

"Azəri – Çıraq – Günəşli" yataqlar blokunda neftin hasilatı 64 faiz azalıb

Energetika Materials 23 Sentyabr 2008 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr/ Trend , S.Əliyev/ İki platformanın dayandırlması ilə əlaqədar "Azəri - Çıraq - Günəşli" (AÇQ) yataqlarının işlənilməsi layihəsi çərçivəsində neftin hasilatı sutkada təxminən 900 min bareldən sutkada 580 min barelədək azalıb, - çərşənbə axşamı hökumətdən bildiriblər.

Bu platformalardan hasilatın bərpa olunacağı müddət hələ məlum deyil. Bu, "Mərkəzi Azəri" platforması yaxınlığında dənizdə qaz tullantılarının səbəbləri haqqında dəqiq məlumatın olmaması və araşdırmaların aparılması ilə bağlıdır.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (operator BP) işlədiyi "Azəri" yatağının mərkəzi hissəsindəki platformanın dayandırılmasına quyunun dibindən qaz sızması səbəb olub.

"Azəri - Çıraq - Günəşli" (AÇQ) yatağının işlənilməsinin operatoru BP şirkəti sentyabrın 17-də "Mərkəzi Azəri" yatağında hasilatı dayandırıb və dənizdə havaya qaz tullantılarının atılmasının aşkar edilməsi ilə əlaqədar, personalı yataqda quraşdırılan platformadan köçürüb. Ehtiyat məqsədilə, yatağın qərb hissəsində "Qərbi Azəri" platformasından hasilat dayandırılıb. "Azəri" yatağının şərq hissəsində quraşdırılmış platformada hasilat davam etdirilir.

"Qaz platformadan quraşdırılmış detektorlar vasitəsilə aşkar edilib. Təhlükəsizlik məqsədilə personal platformadan köçürülüb", - şirkətdən bildiriblər.

"Mərkəzi Azəri" platforması yataqlardan hasil edilən neft və qazın nəqli zəncirində əsas halqadır. "Qərbi Azəri" və "Şərqi Azəri" yataqlarında yerləşən digər platformalardan hasil edilən neft və qaz "Mərkəzi Azəri" platformasına, sonra isə Səngəçal terminalına çatdırılır. Neft Səngəçal terminalından Bakı - Tbilisi - Ceyhan (BTC) neft kəməri ilə ixrac edilir.

Yeddi platformanın yerləşdiyi "Azəri - Çıraq - Günəşli" yataqlarından ümumi hasilat suktada 900 min bareli ötüb.

"Azəri - Çıraq - Günəşli" yataqlarından BTC ilə ixrac edilən Azeri Light növlü neft hasil olunur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti