...

Beynəlxalq Energetika Agentliyi 2008 və 2009 - cu illərdə neftə dünya tələbatının proqnozunu azaldıb

Energetika Materials 10 Oktyabr 2008 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr/ Trend , müxbir A.Bədəlova/ Beynəlxalq Energetika Agentliyi (BEA) 2008 - ci və 2009 - cu illərdə neftə olan dünya tələbatının proqnozunu, müvafiq olaraq, 240 min barel və 440 min barel azaldıb, - BEA - nın məlumatında bildirilir. Məlumat agentliyin rəsmi saytında yerləşdirilib. Azalmanın əsas səbəbi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv ölkələrin zəif neft ixracı, həmçinin, Beynəlxalq Valyuta Fondunun 2009- cu ildə dünya ÜDM - in zəif artımı üzrə proqnozları olub.

BEA - nın proqnozlarına əsasən, ötən illə müqayisədə? 2008-ci ildə dünyada neftə tələbat sutkada 400 min barel (0,5 faiz) - sutkada 86,5 mln. bareldək artacaq. 2009 - cu ildə dünyada neftin istehlakı sutkada 700 min barel (0,8 faiz) - sutkada 87,2 mln. barelədək artacaq.

Məruzədə bildirilir ki, 2008 - ci ilin avqustunda İƏİT ölkələrində neft və neft məhsullarının sənaye ehtiyatı 5,1 mln. barel - 2,645 mlrd. barelədək azalıb.

Məruzəyə əsasən, cari ilin sentyabrında dünyada neftin tədarükü sutkada 1,1 mln. barel - 85,6 mln. barelədək azalıb. Dünya neft tədarükünün azalma səbəbləri arasında tropik qasırğalar nəticəsində Meksika körfəzi şelfində neft hasilatının dayandırılması, Azərbaycan və OPEK ölkələrində neft hasilatının azalması göstərilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti