...

SOCAR iri dəniz yatağında yeni neft quyusunu istismara verib

Energetika Materials 11 Oktyabr 2008 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr / Trend /  SOCAR їNeft daşları - 1887їplatformasında yeni neft quyusunu istismara verib, - SOCAR - ın məlumatında deyilir.

Qazma işlərini SOCAR-ın tərkibinə daxil olan їBayıl limanıїdəniz - qazma Idarəsi həyata keçirib. Bu, platformada sayca 13-cü quyudur. Platformada gündəlik neft hasilatı 300 tondur. Orada ümumilikdə 36 quyu qazılacaq ki, bu da neft hasilatını 1000 tonadək çatırmağa imkan verəcək.

Yanvar - sentyabrda beş yeni quyu qazılaraq їNeft Daşlarıї Neft - Qaz Çıxarma Idarəsinin balansına verilib.

Bu tədbirlər Azərbaycan Respublikası prezidentinin Neft-Qaz Çıxarma Idarəsində neftin 812 min tondan 1,2 mln. tonadək (1,5 dəfə) atrırılması ilə bağlı sərəncamı çərçivəsində görülür. 2008 - ci ildə yataqda ümumi neft hasilatı 936 min 420 ton təşkil edəcək. Neft - qaz çıxarma idarəsi 2009 - cu ildə neft hasilatını 1 milyon 20 min tonadək çatdırmaq niyyətindədir.  

SOCAR - nin geoloqlarının qiymətləndirmələrinə görə, SOCAR їNeft Daşlarıї yatağında neft ehtiyatlarının həcmi 30 milyon təşkil edir. Yataqda neft hasilatının artırılması üçün 2010 - cu ilədək daha 78 yeni quyu qazıyacaq.

Xəbər lenti

Xəbər lenti