Azərbaycan, Bakı, 17 oktyabr/ Trend / Yaxın vaxtlarda SOCAR şirkətinin (Azərbaycanın Dövlət Neft Şirkəti) "Neftqaztikinti" Tresti "Ümid" perspektivli qaz - kondensat yatağı üçün "Ümid-1" dəniz platformasının yaşayış və məişət bloklarının tikintisini başa çatdıracaq, - SOCAR-ın cümə günü yayılan məlumatında bildirilir.
Hər iki blok üç mərtəbədən ibarətdir. Yaşayış blokunda eyni zamanda 50 işçi yaşaya biləcək. Məişət blokunda yeməkxana, çörək istehsalı üzrə sex, idman zalı, məhsulların saxlanılması üçün anbarlar yerləşdiriləcək.
Hər iki blok Zığ tikinti - montaj meydançasında yerləşən metal konstruksiyalar zavodunda tikilir. Yaşayış kompleksinin tikintisini noyabrda başa çatdırmaq planlaşdırılır. Blokların tikintisi başa çatdıqdan sonra, onlra "Əlağa Şıxlinski" üzən kranın yardımı ilə struktura gətiriləcək və "Ümid-1" platformasında quraşdırılacaq.
Heydər Əliyev adına Dərin Özüllər Zavodunda vertolyot meydançası tikiləcək.
"Ümid-1" dəniz platformasının istismarı SOCAR-a şəxsi vəsaitlər hesabına işlənilən yataqlardan qaz hasilatının artırlması üzrə proqramın reallaşdırılması çərçivəsində lazımdır. Proqrama əsasən, SOCAR-ın dövlətə verdiyi qazın həcmi 8 mlrd. kubmetr təşkil etməlidir. SOCAR, bu il səkkiz milyard kubmetr qaz hasil etməyi planlaşdırır ki, bunun da yeddi milyard kubmetri dövlətə veriləcək.
Tikilib başa çatdırılmamış "Çıraq - 6" platformasının bazasında tikilən "Ümid -1" platforması proqram çərçivəsində ən iri obyektdir - onun hündürlüyü 72 m təşkil edəcək. Platforma "Bulla dəniz" dəniz yatağından 15 km məsafədə, suyun 58 m dərinliyində yerləşdiriləcək. Platformadan altı qaz quyusu qazmaq planlaşdırılır.
"Ümid" dəniz yatağında güman edilən qaz ehtiyatları 200 - 300 mlrd. kubmetr qiymətləndirilir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]