...

SOCAR iri dəniz yatağı üçün yeni platformanın tikintisinə hazırlaşır

Energetika Materials 22 Oktyabr 2008 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr/ Trend , müxbir E.İsmayılov/Heydər Əliyev adına Dərin Özüllər Zavodu ay ərzində eyniadlı dəniz yatağı üçün "Neft Daşları - 2585" dördbloklu platformanın iki blokunun tikintisinə başlayacaq, - SOCAR - da işlərə yaxın mənbə çərşənbə axşamı bildirib.

"Hazırda tikinti üçün xüsusi hazırlıqlar aparılır, ay ərzində blokların quraşdırılması başlayacaq", - mənbə bildirib. Yeni platformanın hündürlüyü 64 metr təşkil edəcək.

Qalan iki blokun tikintisini Zığdakı tikinti - quraşdırma meydançasında "Neftqaztikinti" tresti həyata keçirəcək, - SOCAR - ın əvvəllər yayılmış məlumatında bildirilirdi.

Yeni platformanın dəniz şəraitində istismar müddəti 50 ildir. Platforma beşbloklu "Neft Daşları -1887" platformasından 500 metr məsafədə suyun 46 metr dərinliyində yerləşdiriləcək. Yeni platformadan 12 quyu qazmaq planlaşdırılır, -SOCAR-ın məlumatında bildirilib.

Bu tədbirlər Azərbaycan Respublikası prezidentinin Neft - Qaz Çıxarma Idarəsində neftin 812 min tondan 1,2 mln. tonadək (1,5 dəfə) atrırılması ilə bağlı sərəncamı çərçivəsində həyata keçirilir. 2008 - ci ildə yataqdan ümumi neft hasilatı 936 min 420 ton təşkil edəcək. NQÇİ 2009 - cu ildə neft hasilatını 1 mln. 20 min tonadək artırmağı planlaşdırır.

SOCAR-ın geoloqlarının hesablamalarına görə,  "Neft Daşları" yatağında neft ehtiyatlarının qalıq həcmi 30 milyon ton təşkil edir. ARDNŞ yataqda neft hasilatının artırılması üçün 2010 - cu ilədək daha 78 yeni quyu qazacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti