...

"Kaşağan" neft layihəsində prioritet ödənişin həcmi artırılıb

Energetika Materials 31 Oktyabr 2008 16:13 (UTC +04:00)

Qazaxıstan, Astana, 31 oktyabr/ Trend , müxbir K.Konırova/ Qazaxıstanın Energetika və Təbii Sərvətlər Nazirliyi və "KazMunayqaz" şirkəti cümə günü Şimali Xəzər Konsorsiumu ilə "Kaşağan" yatağının gələcək mənimsənilməsi üçün müfəssəl müqavilələr üzrə son danışıqların uğurla başa çatdığını bəyan ediblər.

"Biz neftin yeni, artan qiymətinə bağlanılmış prioritet ödənişin artması barədə razılığa gəldik", - Qazaxıstanın energetika naziri Sauat Mınbayev mətbuat konfransında bildirib.

İdarə rəhbəri aydınlaşdırılıb ki, 2008-ci ildə hər kəs neftin qiymətinin presedentsiz artımının şahidi olub ki, bu da "Kaşağan" layihəsinin dəyərinə təsir göstərib.

Əvvəllər bağlanılmış memorandumlarda prioritet ödənişin məbləği, neftin qiyməti 1 barelə gröə 45 dollar olmaqla, 3,5 faiz, bir barelə görə 65 dollar qiymətlə isə, 5 faiz təşkil edirdi.

Bu gün imzalanmış müqavilədə neftin qiyməti bir barelə görə 85 dollardan 185 dollaradək göstərilir və nəticədə, prioritet ödəniş 5 faizdən 12,5 faizədək artacaq.

"Bu o deməkdir ki, Qazaxıstay xeyli məbləğdə vəsait alacaq", - nazir bildirib.

Извлекаемые запасы нефти "Кашагана" оцениваются в 7-9 млрд баррелей.

"Kaşağan" yatağının hasil edilə bilən neft ehtiyatları 7- 9 mlrd. barel dəyərləndirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti