...

Azərbaycan neftinin qiyməti azalıb

Energetika Materials 3 Noyabr 2008 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 noyabr/ Trend , müxbir A.Bədəlova/ Oktyabrın 31 - də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $63,16/barelə təşkil edib. 1997- ci ildən yüngül neft hasil edən SOCAR şirkətindən (Azərbaycan Dövlət Neft Şirkəti) bazar ertəsi verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətən $0,21/barel azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri - Çıraq - Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı - Tbilisi - Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

SOCAR- dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 31-də $61,84/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,19/barel azdır.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı -Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ, spesifikliyinə görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 31 - də $58,44/barel təşkil edib,

Oktyabrın 31 - də Şimal dənizindən hasil edilən etalon növlü Brent Dated neftinin 1 barelinin qiyməti $60,56/barelə çatıb ki, bu da əvvəlki qiymətdən $0,4/barel azdır.

Xəbər lenti

Xəbər lenti