...

Rus qoşunları Gürcüstandan neft və qaz nəql edən tranzit boru kəmərlərinə zərbə endiriblər - Mixail Saakaşvili

Energetika Materials 14 Noyabr 2008 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr / Trend , S.Əliyev/ Bakıda olan Gürcüstan prezidenti Mixail Saakaşvili deyib ki, avqust ayında rus qoşunları Gürcüstandan neft və qaz nəql edən tranzit boru kəmərlərinə zərbə endiriblər.

"Münaqişə nəticəsində körpülər dağıdılıb və limanların işi dayandırılıb. Bütün bunlar bu marşrut üzrə enerji resurslarını nəql etmək istəyən ölkələrə xəbərdarlıq kimi edilib. Bu, qəbulolunmazdır", - Saakaşvili cümə günü Bakıda keçirilən IV Enerji Sammitində deyib.

Saakaşvilinin sözlərinə görə, Tbilisi rus qazının Avropaya nəqli layihələrinin əleyhinə çıxış etmir. "Amma Gürcüstan bu prosesdə inhisarçılığın qəbuledilməz olduğunu bəyan edir", - Saakaşvili söyləyib.

"Biz Avropanın enerji təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlığı davam etdirməliyik. "Odessa-Brodı", "Ağ axın" və "Nabukko" buraya aiddir", - Saakaşvili bəyan edib.

Məqalə müəllifilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti