...

Bakı enerji sammiti Xəzər enerji ehtiyatlarının Avropaya nəqlinin inkişafına imkan yaradıb – ABŞ Dövlət Departamentinin nümayəndəsi

Energetika Materials 17 Noyabr 2008 12:07 (UTC +04:00)
Bakı enerji sammiti Xəzər enerji ehtiyatlarının Avropaya nəqlinin inkişafına imkan yaradıb – ABŞ Dövlət Departamentinin nümayəndəsi

Azərbaycan, Bakı, 17 noyabr/ Trend , müxbir E.Tariverdiyeva/ ABŞ Dövlət katibi müavininin köməkçisi Metyu Brayza hesab edir ki, Bakı enerji sammiti Xəzər regionundan enerji ehtiyatlarının Avropaya nəqlinin inkişafına imkan yaradıb.

"Söhbət təkcə sammit zamanı edilən konkret bəyanatlardan deyil, həm də Azərbaycan və Gürcüstan arasında beş il ərzində Azərbaycan qazı ilə təchizat barədə razılaşmanın əldə olunmasından gedir", - deyə Trend -a bazar ertəsi telefonla amerikalı diplomat bildirib.

Memoranduma əsasən, SOCAR layihəni reallaşdırmaq üçün Gürcüstan hökumətinin təyin etdiyi müəyyən qrup qaz istehlakçılarının (sosial qruplar) təminatını ödəyəcək törəmə müəssisə yaradır.

Onun sözlərinə görə, qaz tranziti məsələlərində Azərbaycan və Türkiyənin mövqelərinin yaxınlaşması Xəzərdən Avropaya karbohidrogen nəqlinin inkişafına imkan yaradır.

"Bilirəm ki, Türkiyə və Azərbaycan, Azərbaycan qazının Avropaya nəqli ilə bağlı öz mövqelərini ciddi şəkildə yaxınlaşdırırlar", - deyə Brayza bildirib.

Ötən həftə Bakı Sammiti öz işini başa çatdırıb. Azərbaycan, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, İtaliya, Latviya, Litva, Polşa, Rumıniya, ABŞ, Türkiyə, Ukrayna, İsveçrə, Estoniya və Avropa Komissiyası imzalanan sammit bəyannaməsinə qoşulublar.

Ötən həftə SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Gürcüstanın Energetika Nazirliyi ilə Gürcüstana qaz tədarükü ilə bağlı beş illik memorandum imzalayıb.

Gürcüstan tərəfi beş il müddətində "Şahdəniz" yatağından çıxarılan Azərbaycan qazının Cənubi Qafqaz boru kəməri ilə tranziti, habelə bu qazın alqı-satqısı üzrə qaz həcmlərini və Rusiya qazının tranziti üzrə Gürcüstana çatacaq qaz həcmlərini bütünlüklə fiksə olunmuş qiymətə SOCAR-ın törəmə şirkətinə satacaq. SOCAR-ın törəmə şirkəti isə Gürcüstanda sosial qruplardan olan abunəçilərin çatışmayan qaz həcmləri ilə təmin edilməsinə dair üzərinə öhdəlik götürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - Capital

Xəbər lenti

Xəbər lenti