...

Azərbaycanın iştirakı ilə iri enerji layihələri Odessa-Brodı boru kəmərinin işinə yardım edəcək – səfir (video)

Energetika Materials 18 Noyabr 2008 15:26 (UTC +04:00)
Azərbaycanın iştirakı ilə iri enerji layihələri Odessa-Brodı boru kəmərinin işinə yardım edəcək – səfir (video)

Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir E.İsmayılov/ SOCAR və Qazaxıstanın "KazMunayqaz" şirkətləri arasında sazişin imzalanması, Bakı-Supsa boru kəmərinin işə salınması və 2012-ci ilədək onun 2,5 mln. ton genişləndirilməsi barədə planlar, həmçinin Kulevidəki terminalın illik ötürmə gücünün 20 mln. tonadək artırılması Odessa-Brodı boru kəməri layihəsinin realizəsinə yardım edəcək, - Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk hesab edir.

"Bu o deməkdir ki, neft Qara dənizin həm Gürcüstan, həm də Rusiya sahilindən Odessaya çatdırılacaq", - Klimçuk çərşənbə axşamı mətbuat konfransında bildirib.

Ukrayna prezidenti Viktor Yuşşenkonun sözlərini sitat gətirən Klimçuk bildirib ki, Ukrayna hökumətində müəyyən problemlərə baxmayaraq, 2009-cu ilin birinci rübündə layihənin "Sarmatiya" şirkəti tərəfindən hazırlanmış texniki-iqtisadi əsaslandırılmasının realizəsi başlayacaq. Bu şirkət Odessa-Brodı boru kəmərinin inkişaf etdirilməsi və onun Plotsk və Qdanskadək mümkün uzadılması layihəsini reallaşdırır.

Ötən həftənin sonunda Azərbaycan və Qazaxıstanın milli neft şirkətləri - SOCAR və "KazMunayqaz" şirkətləri arasında Qazaxıstan neftnin Azərbaycan ərazisindən Bakı - Tbilisi - Ceyhan boru kəməri və dəmir yolu ilə Gürcüstanın Kulevi və Batumi limanlarına nəqli üçün TransXəzər Neft Nəqli Sisteminin yaradılması haqqında sənəd imzalanıb.

"Odessa-Brodı" neft kəməri layihəsi Ukrayna NEZ-ə neft tədarüklərinin diversifikasiyası və ölkənin tranzit imkanlarının inkişafı üçün nəzərdə tutulub. "Odessa-Brodı" neft kəmərinin tikintisi 2002-ci ilin mayında başa çatıb. Magistralın uzunluğu 674 km, borunun diametri 1020 mm.-dir. Neft kəməri və terminalın birinci növbəsinin gücü ildə 9-14 mln. ton təşkil edir.

Odessa-Brodı neft kəmərini Xəzər neftinin Avropaya nəqli üçün istifadə etmək planlaşdırılırdı. Ukrayna kəmərin tikintisindən sonra iki il ərzində Xəzər neftinin bu boru kəməri ilə birbaşa istiqamətdə nəqli haqqında razılığa gəlməyə çalışıb. Şirkətlər tərəfindən konkret təklif almayan Ukrayna hökuməti 2004-cü ilin iyununda boru kəmərindən Rusiya neftinin revers istiqamətdə nəqli üçün istifadəsinə icazə verib. Beləliklə, tikildiyi vaxtdan neft kəməri revers rejimdə istifadə olunur ki, bu da Rusiya neftinin Brodıdan Odessaya və sonra tankerlərlə Qara dəniz boğazlarından nəqlini nəzərdə tutur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti