...

İtaliyanın Baş naziri Silvio Berluskoni: Azərbaycan Qafqaz regionunda vacib rol oynayır və səmərəli qərarlar qəbul edir - MÜSAHİBƏ

Energetika Materials 26 Noyabr 2008 03:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr/ Trend , müxbir E.Ostapenko/ Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri başlamışdır. İtaliyanın Baş naziri Silvio Berluskoni Trend a eksklüziv müsahibəsində Azərbaycanla siyasi və iqtisadi əməkdaşlığın perspektivləri və ölkənin Aİ-yə qazın çatdırılması diversifikasiyası barədə danışmışdır.

- İtaliya-Azərbaycan ikitərəfli münasibətlərini necə qiymətləndirirsiniz? Sizin fikirinzcə, ölkələrarası əməkdaşlığın prioritet sahələri hansılardır?

- Rəqəmlər özləri hər şeyi deyir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. 2008-ci ildə ölkələrimiz arasında mal dövriyyəsi rekord həddi aşaraq 3 mlrd. avro təşkil etmişdir. Təsadüfi deyil ki, İlham Əliyev yenidən prezident seçildikdən sonra ilk rəsmi səfərini İtaliyaya edib. Bundan başqa, Azərbaycan Qafqaz regionunda vacib rol oynayır və səmərəli qərarlar qəbul edir. Biz həmçinin Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığını müsbət qiymətləndiririk.

- Azərbaycan prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı hansı əsas məsələlər müzakirə olunacaq?

- Müxtəlif məsələlər müzakirə olunacaq, lakin gündəmdə duran əsas məsələ energetika ilə bağlı olacaq. Mən bilirəm ki, Azərbaycanın iqtisadiyyatı hal-hazırda güclü modernləşmə prosesindədir. Bizim iş adamlarımız ticari əlaqələrin və diversifikasiyanın genişlənməsi üçün hər bir fürsətdən istifadə etməyə hazırdırlar. 2004-cü ildə Azərbaycanın Avropanın mehriban qonşuluq siyasəti layihəsinə qəbulu ilə, İtaliya Avropa səviyyəsində strateji qərarı dəstəkləyir. Biz Azərbaycanın NATO-nun sabitləşdirmə əməliyyatlarına qoşulmasını və Gürcüstan böhranı zamanı nümayiş etdirilmiş balanslaşdırılmış yanaşmanı yüksək qiymətləndiririk.

Biz əminik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Moskvada imzaladığı birgə bəyannamədən sonra mümükün olacaq.

- Avropaya enerjidaşıyıcılarının çatdırılmasının diversifikasiyasında Azərbycanın rolunu necə qiymətləndirirsiniz?

- 2006-cı ildə Türkiyə-Yunanıstan-İtaliya layihəsi (birləşdirici qaz kəməri) elan olunduqdan sonra, İtaliya çalışır ki, qazı, alternativi olmayan marşrutla, Türkiyə və Yunanıstan ərazisilə Azərbaycandan və ümumiyyətlə Xəzər regionundan idxal etsin. İtaliyanın Edison şirkətinin uzun müddət üzərində işlədiyi layihə ümumi siyasi dəstəyə malikdir və qısa müddət ərzində həyata keçiriləcək.

Biz əminik ki, prezident İlham Əliyev marağı olan bütün ölkələr arasında mövcud həll olunmamış məsələlərin tənzimlənməsinə kömək edəcək sazişə yardımçı olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti