...

Gürcüstanın Neft - Qaz Korporasiyası hasil olunmuş neftin satışına dair hərrac elan edib

Energetika Materials 5 Dekabr 2008 16:00 (UTC +04:00)

Gürcüstan, Azərbaycan, 05 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Neft -Qaz Korporasiyası hasil edilmiş neftin satışına dair hərrac elan edib. Korporasiyadan verilən məlumata görə, şirkət hərrac yolu ilə illik həcmi 30 min ton olan Brend (DTD) tipli və illik həcmi 1500 ton olan Urals (MED) tipli neftin satışını planlaşdırır.

Neft satışı 2009 - cu il dekabrın 31-dək Korporasiya ilə istehlakçılar arasında razılaşdrılmış müddətdə bir neçə mərhələdə həyata keçiriləcək.

Hərracda iştirak etmək istəyinlər əvvəlcədən Korporasiyanın hesabına 150000 dollar köçürməlidirlər.

Sənədlər 11 dekabr saat 14:00 - dək təqdim olunmalıdır. Hərrac dekabrın 12- də saat 12:00 - da keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti