...

SOCAR şirkəti Supsadan neft partiyasının satışına tender elan edib

Energetika Materials 15 Dekabr 2008 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr/ Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Gürcüstanın Qara dəniz Supsa limanından 600 min barel həcmində neft partiyasının satışına tender elan edib. Bu barədə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir.

Neft partiyası 2009- cu il yanvarın 21 - 22- də göndəriləcək. Tenderə dekabrın 16 - da yekun vurulacaq, ertəsi gün nəticələr elan ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti