...

Azərbaycanda ən iri kimya müəssisəsi xammalın alınmasına tender elan edib

Energetika Materials 17 Dekabr 2008 22:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend / Azərbaycanda kimya məhsullarının istehsalı üzrə ən iri dövlət müəssisəsi Azərkimya Sumqayıtın "Səthi fəal maddələr" zavodunda kaustik soda və xlor istehsalı üçün tələb olunan sulfat turşusunun istehsalı zamanı istifadə edilən ovulmuş kükürdün (99,9 faiz) alınmasına tender elan edib Alınmalı olan kükürdün həcmi 3 min ton təşkil edir.

Tenderdə iştirakda maraqlı olan tərəflər 2009-cu il fevralın 2-dək öz təkliflərini təqdim etməlidirlər. Tender proseduru 2009-cu il fevralın 3-də zavodda baş tutacaq. Tenderdə iştirakın dəyəri - 200 manatdır.

Satın alınmış xammal 2009-cu il ərzində şirkətə təqdim edilməlidir.

Xəbər lenti

Xəbər lenti