...

Bakı və Sumqayıtı təchiz edən supaylayıcı sistemlərə elektrik enerjisi verilməsi dayandırılıb

Energetika Materials 18 Dekabr 2008 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr/ Trend , müxbir E.İsmayılov/ "Sumqayıtelektrikşəbəkə" ASC (elektrik enerjisinin paylanması) cümə axşamı "Azərsu" səhmdar cəmiyyətinə (Bakı, Sumqayıt və regionlarda suyun paylanması ilə məşğul olur) elektrik enerjisi verilməsini dayandırıb, - elektrik paylayıcı şəbəkədən cümə axşamıməlumat veriblər.

Bakı və Sumqayıtı içməli və texniki su ilə təmin edən Ceyranbatan su anbarında yerləşmiş nasos stansiyalarına elektrik enerjisi verilməsi "Azərsu" SC tərəfindən istifadə edilmiş elektrik enerjisinə görə ödənişin həyata keçirilməməsi ilə əlaqədar dayandırılıb.

"Bu gün "Azərsu"SC- nin nümayəndələri danışıqlar üçün gəlsələr də, borcun ödənilməsi barədə söhbət olmayıb. Bununla əlaqədar olaraq, saat 15:00-da elektrik enerjisinin verilməsi dayandırılıb", -paylayıcı şəbəkədən  bildiriblər.

Onun sözlərinə görə, içməli və texniki su təminatı ilə mümkün problemlərə görə bütün məsuliyyət "Azərsu"nun üzərindədir.

Dekabrın 1-nə olan vəziyyətə görə, "Azərsu" SC-nin istifadə edilmiş elektrik enerjisinə görə, "Sumqayıtelektrikşəbəkə" qarşısında 46,4 mln. manatdan çox borcu var. 11 ay ərzində müəssisənin debitor borcu 8,5 mln. manatdan çox təşkil edib.

Borcun ödənilməsiilə bağlı çoxsaylı xəbərdarlıqlara baxmayaraq, "Azərsu" tərəfindən heç bir addım atılmayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti