...

SOCAR dəniz qaz - kondensat strukturunda ikinci bloku möhkəmləndirir

Energetika Materials 24 Dekabr 2008 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr/ Trend / SOCAR şirkəti (Azərbaycanın Dövlət Neft Şirkəti) "Ümid" perspektivli dəniz qaz - kondensat strukturunda yeni "Ümid-1" platformasının ikinci blokunun bərkidilməsini aparır, - SOCAR-ın məlumatında deyilir. İşlər "Azərbaycan" kran gəmisinin köməyi ilə aparılır.

Platformanın bloklarının tikintisini Dərin Özüllər Zavodu həyata keçirib. Perpspektivli struktur Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma Idarəsinin tərkibinə daxildir.

Qazmanı 2009-cu ilin martında başlamaq planlaşdırılır.  Əvvəllər qazma 2008-ci ilin sonuna planlaşdırılırdı. Yubanmanın əsas səbəbi platformanın tikintisinin gecikməsidir. Platformadan beş quyu qazmaq planlaşdırılır, - mənbə əvvəllər bildirib.

"Ümid-1" dəniz platformasının istismarı SOCAR-a şəxsi vəsaitlər hesabına işlənilən yataqlardan qaz hasilatının artırlması üzrə proqramın reallaşdırılması çərçivəsində lazımdır. Proqrama əsasən, SOCAR-ın dövlətə verdiyi təbii qazın həcmi 8 mlrd. kubmetr təşkil etməlidir. Bu il SOCAR 8 mlrd. kubmetr qaz hasil etməyi planlaşdırır ki, bunun da 7 mlrd. kubmetri dövlətə təhvil veriləcək.

Tikilib başa çatdırılmamış "Çıraq-6" platformasının bazasında tikilən "Ümid-1" platforması proqram çərçivəsində ən iri obyektdir - onun hündürlüyü 72 m təşkil edəcək. Platforma "Bulla dəniz" dəniz yatağından 15 km məsafədə, suyun 58 m dərinliyində yerləşdiriləcək. Platformadan altı quyu qazmaq planlaşdırılır, - SOCAR-dan əvvəllər bildiriblər.

SOCAR - ın geoloqları "Ümid" dəniz yatağında güman edilən qaz ehtiyatlarını 200 - 300 mlrd. kubmetr qiymətləndirirlər.

Xəbər lenti

Xəbər lenti