...

Türkiyə Azərbaycandan qaz idxalını xeyli artırıb

Energetika Materials 29 Dekabr 2008 20:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr/ Trend / Türkiyənin Botas Dövlət Boru kəməri Şirkəti yanvar-noyabrda Azərbaycandan 4,2 mlrd. kubmetrdən çox qaz idxal edib ki, bu da bütün 2007-ci il ərzində tədarük edilmiş həcmdən 2,95 mlrd. kubmetr çoxdur, - şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Azərbaycan "Şahdəniz" dəniz yatağından hasil edilən qazı Cənubi Qafqaz boru kəməri ilə Türkiyəyə ixrac edir.

Yanvar-noyabrda Botas müxtəlif mənbələrdən Türkiyəyə təxminən 34,6 mlrd. kubmetr qaz idxal edib. Bütün 2007-ci il ərzində bu rəqəm 36,5 mlrd. kubmetrə bərabər olub. Bu dövr ərzində Rusiyadan Türkiyəyə bütün ötən il ərzindəki 23,1 mlrd. kubmetrdən çox həcmə qarşı  21,3 mlrd. kubmetr qaz idxal edilib. İrandan Türkiyə təxminən 3,7 mlrd. kubmetr qaz idxal edib. 2007-ci ilin  yanvar-dekabrında bu rəqəm təxminən 6,2 mlrd. kubmetr olub.

Yanvar-noyabrda Türkiyə Əlcəzair və Nigeriyadan, müvafiq olaraq, təxminən 4,9 mlrd. kubmetr və 399 mln. kubmetr maye təbii qaz idxal edib.

"Şahdəniz" dəniz yatağının işlənilməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Sazişin iştirakçıları aşağıdakılardır: BP (operator) - 25,5 faiz, Statoil - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO -9 faiz, SOCAR - 10 faiz.

Xəbər lenti

Xəbər lenti