...

SOCAR şirkəti iri dəniz yatağında yeni quyular qazmağa hazırlaşır

Energetika Materials 13 Yanvar 2009 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar/ Trend , müxbir E.İsmayılov/ Fevral ayında SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) "Bayıl limanı" Dəniz Qazma İşləri İdarəsi "Neft Daşları - 1887" platformasında iri neft quyusunun qazılmasına başlayacaq. Bu barədə SOCAR-dakı mənbədən bildiriblər. Quyuların layihə dərinlikləri 2500-2600 metr təşkil edir.

"Yaxın vaxtlarda quyulardan birində qazılma işləri başa çatdırılacaq, gələn ay isə iki quyunun qazılmasına başlanılması planlaşdırılır", - deyə mənbə bildirib. Hazırda "Neft Daşları - 1887" platformasında quyulardan birinin mənimsənilməsi işləri də aparılır.

Mənbənin sözlərinə görə, ümumilikdə bu il bu platformada yeddi quyunun qazılması planlaşdırılır. Yataqda artıq 12 quyu qazılıb. Ümumilikdə 2009-2010-cu ildə "Neft Daşları - 1887" platformasında 22 quyunun qazılması planlaşdırılır.

"Neft Daşları - 1887" platforması beş blokdan ibarətdir və suyun 64 metr dərinliyində eyniadlı yataqda quraşdırılıb.

Bu tədbirlər Azərbaycan Respublikası prezidentinin Neft-Qaz Çıxarma İdarəsində neftin hasilat həcminin 812 min tondan 1,2 mln. tonadək (1,5 dəfə) artırılması ilə bağlı sərəncamı çərçivəsində həyata keçirilir. 2008-ci ildə yataqda ümumi neft hasilatı 936 min 420 ton təşkil edəcək. NQÇİ 2009-cu ildə neft hasilatını 1 mln. 20 min tonadək artırmağı planlaşdırır. SOCAR geoloqlarının hesablamalarına görə, "Neft Daşları" yatağında neft ehtiyatlarının qalıq həcmi 30 milyon ton təşkil edir. ARDNŞ yataqda neft hasilatının artırılması üçün 2010-cu ilədək daha 78 yeni quyu qazmağı planlaşdırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti