...

Rusiya qazının Avropaya tranziti Ukraynaya nəqlindən asılıdır - səfirliyin mətbuat katibi

Energetika Materials 17 Yanvar 2009 23:48 (UTC +04:00)

Rusiya, Moskva, 17 yanvar / Trend müxb.R.Ağayev/ Ukraynanın Rusiyadakı səfirliyinin mətbuat katibi Oleq Voloşin bildirib ki, Ukrayna Rusiya qazının Avropaya tranzitini  Ukraynaya qazın nəqli problemi tənzimlənməyə qədər həll etməyəcək. 

Mətbuat katibinin sözlərinə görə, "Ukraynanın ölkə daxilindəki istifadəçilərin qeydinə qalmamasını təsəvvür etmək mümkün deyil".

"Hazırda Yuliya Timoşenko bura qaz problemini həll etmək üçün gəlib, - Voloşin deyib. - Onun Medvedevlə görüşü sammitdən sonraya nəzərdə tutulub. Bunsuz Rusiya qazının Avropaya uzunmüddətli, etibarlı və stabil tranzitinə ümid etmək olmaz".

Xəbər lenti

Xəbər lenti