...

Azərbaycanda "Neft və qaz haqqında" Qanuna lüzum yoxdur – parlamentin vitse-spikeri

Energetika Materials 23 Yanvar 2009 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar/ Trend , müxbir S.Əliyev/ Azərbaycanda "Neft və qaz haqqında" Qanunun qəbul edilməsinə lüzum yoxdur. Belə ki, bütün mövcud qanunlar neft-qaz sahəsini kifayət qədər səmərəli şəkildə tənzimləyir, - Azərbaycan parlamentinin vitse-spikeri, parlamentin ekologiya, təbii ehtiyatlar və energetika komissiyasının sədri Valeh Ələsgərov Xəzər İnteqrasiya Biznes Klubunun (CİBC) üzvləri ilə görüşdə bildirib.

"Bu gün Azərbaycanda dənizdə və quruda kəşfiyyat, hasilat və yataqların bərpasına dair imzalanmış bütün müqavilələrin qanun qüvvəsi var. Bu sənədlər Azərbaycanda enerji ehtiyatlarının hasilatı üzrə bütün layihələrin realizəsini kifayət qədər səmərəli şəkildə təmin edir", - Ələsgərov deyib.

İndiyədək Azərbaycanda həm dənizdə, həm də quruda neft və qazın kəşfiyyatı, bərpası və hasilatına dair təxminən 30 PSA tipli müqavilə bağlanılıb. Ən böyük neft hasilatı müqaviləsi "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənilməsi, ən böyük qaz müqaviləsi - "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsidir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti