...

"Heydər Əliyev adına" Bakı neft emalı zavodunda katalitik krekinq qurğusunun işi bərpa edilib

Energetika Materials 13 Mart 2009 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir E.İsmayılov /

SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) "Heydər Əliyev adına" Bakı neft emalı zavodu profilaktik təmir işlərinin aparılması üçün dayandırılmış katalitik krekinq qurğusunun işini bərpa edib", - cümə günü işlərə yaxın mənbə məlumat verib.

Qurğunun işi martın əvvəlində təmir aparılması üçün dayandırılmış və 10 gün davam etmişdi.

Dayanma istehsala heç bir təsir etməyib, çünki əvvəlcədən buna hazırlıq işləri aparılıb.

Katalitik krekinq qurğusunda benzin fraksiyaları və maye qaz istehsal edilir.

Azərbaycanda cəmi iki neft emalı zavodu (NEZ) var - bu, "Heydər Əliyev adına" və "Azneftyağ" NEZ-ləridir. Birinci NEZ-də əsasən ağ, ikincidə qara neft məhsulları istehsal olunur. İki zavodun məcmu gücü - ildə 20 milyon tondur. NEZ-lər öz vəsaiti hesabına dəniz və qurudakı yataqlardan ildə əldə etdiyi 6 milyon ton nefti emal edən SOCAR-ın tərkibinə daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti