...

SOCAR Gürcüstanda yeni AYS-in açılmasına hazırlaşır

Energetika Materials 14 Mart 2009 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir E.İsmayılova /

Yaxın günlərdə Gürcüstanda növbəti SOCAR brendi altında avtomobil yanacaqdoldurma stansiyası (AYS) istisamara veriləcək. Bu barədə cümə günü "SOCAR Energy Georgia" şirkətinin (SOCAR-ın filial müəssisəsi) rəhbəri Mahir Məmmədov bildirib.

"Hazırda Zestafonidəki stansiya tamamlanma mərhələsindədir və yaxın günlərdə istismara veriləcək", - deyə Məmmədov bildirib.

Onun sözlərinə görə, 2009-cu ilin sonuna kimi Gürcüstanda SOCAR brendi altında 35 AYS-in fəaliyyət göstərməsi planlaşdırılır.

Hazırda Azərbaycan AYS-lərinin sayı Gürcüstanda 22-yə bərabərdir. Həmçinin yaxın vaxtda Batumidəki AYS-in istismara veriləcəyi gözlənilir.

"Bizim planlarımız çoxdur, pərakəndə satış sahəsində şirkətimizin birinci olmasını istəyirik və bir neçə il ərzində biz buna nail olacağıq. Gürcüstandakı yanacaqdoldurma stansiyalarımızın sayının 60-70-ə bərabər olması bizim bu nəticəyə çatmağımız deməkdir.

"SOCAR Energy Georgia" Gürcüstanın neft və neft məhsulları bazarında distribusiya və marketinqlə məşğuldur. Şirkət Gürcüstan bazarında neft məhsulları və qaz satışına, yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir.

SOCAR Georgia şirkətinin həmtəsisçiləri: ARDNŞ - 51 faiz, Petro-Trans FZCO - 32,7 faiz və İvan Çxartişvili - 16,3 faiz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti