...

İran və Rusiya birgə neft şirkəti yaradır

Energetika Materials 16 Mart 2009 18:06 (UTC +04:00)

İran və Rusiya birgə neft şirkəti yaratmaq istiqamətində razılığa gəliblər. Bu barədə bazar ertəsi İranın Mehr Agentliyinə müsahibəsində İranın neft naziri Qulamhüseyn Nozari bildirib. 

"Şirkət neft və qaz sahəsində hər iki ölkədə, həmçinin digər ölkələrdə birgə fəaliyyətin həyata keçirilməsi məqsədi ilə yaradılacaq", - deyə Nozari qeyd edib.

Onun sözlərinə əsasən, İran-Rusiya birgə neft şirkətinin yaradılması hər iki ölkə arasında enerji sahəsində əməkdaşlığın səmərəliliyindən asılıdır.

Rusiya və İran əvvəlcə Ermənistanda neft emalı zavodunun birgə tikintisində razılığa gəlib.

Xəbər lenti

Xəbər lenti